Azarkeşlərin nəzərinə: Bu gün "Gənclik" stansiyasından metroya giriş gecə 00:30-a qədər uzadılıb

“Qarabağ” futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” komandası ilə son oyununa çıxacaq.

“Bakı Metropoliteni”  qarşılaşmanı stadionda  canlı izləyəcək azarkeşlərin rahatlığını təmin etmək məqsədilə   “Gənclik” stansiyasından metroya girişin gecə 00:30-a qədər uzadıldığını açıqlayıb.  

Bakı sakinlərinin və qonaqların nəzərinə çatdırılır ki, bu, yalnız  “Gənclik” stansiyasına aiddir:

Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq” 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir