Britaniyada növbədənkənar seçkilər keçirilir

Böyük Britaniyada keçirilən növbədənkanar ümumi seçkilər bir neçə saat sonra sona çatacaq.  Birləşmiş  Krallıq   son 5 ildə artıq üçüncü dəfədir ki,  seçkilərə gedib.

Seçkidə majoritar sistemlə 650 deputat seçiləcək. Hər bir dairədə ən çox səs toplayan namizəd qalib sayılacaq.

İllik ehtimallara görə, nəticələr  hazırkı siyasi qüvvələr nisbətində ciddi dəyişikliyə səbəb olmayacaq. Hakimiyyətdə olan konservatorların qalib gələcəyi, daha doğrusu, palatada daha çox mandat qazanacağı düşünülür.

BBC-nin məlumatına görə, Britaniyada qışda seçkilər sonuncu dəfə  1974-cü ildə keçirilib.  Dekabr ayında isə seçkilər 94 il əvvəl (1923) baş verib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir