FİN: bir mənzildə meyit, digərində hüşsuz vəziyyətdə şəxs aşkar olunub

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə,  bu axşam saat 22:55-də nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat  əsasında  Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin  bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri  mənzilin giriş qapısını açdıqdan sonra  halsız vəziyyətdə aşkar olunan vətəndaş  təcili tibbi yardım briqadasına təhvil verilib.

Oxşar hadisə bundan bir qədər (yarım saat) əvvəl baş verib. Analoji zəngdən sonra hadisə yerinə  – Bakı şəhərinin Nizami rayonundakı mənzilə yollanan xilasedicilər   mənzildə   1955-ci il təvəllüdlü Tatyana Andreyevnanın meyitini aşkar ediblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir