GUAM-ın Kiyev toplantısı konstruktiv keçib: azad ticarət zonası və nəqliyyat dəhlizi yaradılacaq

GUAM ölkələri əməkdaşlığı dərinləşdirmək, sərbəst ticarət zonası və nəqliyyat dəhlizinin yaradılması əzmindədirlər…

Demokratiya və İqtisadi İnkişaf Təşkilatına üzv ölkələr (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova – GUAM) bu gün  Kiyevdə keçirilən iclasda sərbəst ticarət zonası (sərbəst ticarət zonası) və nəqliyyatın yaradılması istiqamətində əməkdaşlığın gücləndirilməsi üzrə  razılığa gəliblər.

Bu barədə Ukraynanın Baş naziri Aleksey Qonçarçuk plenar brifinqdə danışıb:  “İqtisadi əməkdaşlığın dərinləşdirlməsinə  daha çox  diqqət ayırmağın vacibliyini qəbul  etdik. İki prioritet sahə var: birincisi sərbəst ticarət zonasının yaradılmasıdır  – ölkələrimiz arasında ticarət sərhədləri və maneələr olmamalıdır. Şirkətlər sərbəst ticarət etməlidir”.

Hökumət başçısı fikrini davam etdirərək deyib:

“Bu gün müzakirə etdiyimiz ikinci  layihə, potensial olaraq səmərəli  ticarət marşrutu ola biləcək nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu, ölkələrimiz arasındakı ticarət axınını artıracaqdır”.

Qonçarukun sözlərinə görə, tərəflər təhlükəsizlik və digər iqtisadi-siyasi sahələrdə də əməkdaşlığı müzakirə ediblər.

Gürcüstanın Baş naziri Georgi Qahariya tərəflərin iqtisadi layihələrlə  yanaşı, GUAM-a üzv dövlətlərin ərazi bütövlüyü məsələlərini də müzakirə etdiyini bildirib.

Moldovanın Baş naziri İon Kiku GUAM ölkələri arasındakı azad ticarət zonasının yalnız təşkilat daxilində deyil, üçüncü ölkələrlə də ticarətin artmasına  fəsilə olacağını  qeyd edib:

 “Düşünürəm ki, növbəti il ​​ərzində bu prosesi (GUAM-a üzv ölkələr arasında azad ticarət zonası  yaradılmasını)  sona çatdıra biləcəyik və qeyd edildiyi kimi, bu sahədə konkret fəaliyyətə başlayacağıq”.

Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov 2020-ci ildə GUAM-a sədrliyin Azərbaycana keçəcəyini xatırladıb və deyib:

“Azərbaycan tərəfi qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və ölkələr arasında siyasi dialoqun dərinləşməsinə diqqət yetirəcək”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir