İstanbul erməni patriarxı Sahak Maşalyan seçilib

 

Yepiskop Sahak Maşalyan İstanbul erməni kilsəsinin  patriarxı seçilib.

Seçki Kumkapıdakı  Məryəm Patriarxlığı Kilsəsində keçirilib. Kilsə seçkisində  iki namizəd –  yepiskop  Sahak Maşalyan və arxiyepiskop Aram Atesyan İstanbulun erməni patriarxlığı uğrunda yarışıb.

17 ruhani və 102 nümayəndənin qatıldığı seçkidə Sahak Maşalyana 102, Aram Atesyana isə 16 səs veriib, 1 səs  etibarsız sayılıb.

Beləliklə, İstanbul Erməni Kilsəsinin 85-ci patriarxı  Sahak Maşalyan elan olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir