MTRŞ: sənəd qəbulu sona çatıb - 102,0 MHz tezliyinə 5 iddiaçı var

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu sona çatıb.

MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun  verdiyi məlumata görə, “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC müsabiqəyə sənədlərini təqdim ediblər.

Şöbə müdiri qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” qanunun 19.1 maddəsinə əsasən, MTRŞ müsabiqənin son  çatmasından sonrakı 30 gün ərzində qərar  verməlidir. 

(red: qanun “ən geci 60 gün sonra” deyir.  Müsabiqə elanı və sənəd qəbulu müddəti 1 ay olduğundan növbəti 30 gün ərzində qərar qəbul olunmalıdır

Xatırladaq ki, MTRŞ ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə  5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabrdan 12 dekabradək müsabiqə elan etmişdi.

Qeyd olunan qanun maddəsinə görə

  “Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar müsabiqə keçirən orqan tərəfindən müsabiqənin elan olunduğu vaxtdan ən geci 60 gün sonra  qəbul olunur”…  

və eyni maddənin tələbi ilə lisenziya  nəticə elan olunduğu gündən başlayaraq 15 gün müddətində qalibə təqdim edilməlidir.

Real ehtimallara görə, 102,0 MHz tezliyinə  lizenziya “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-yə veriləcək.


Mənbə: APA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir