Bu gün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, eləcə də onların ailə üzvləri  Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarını  ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabanda olublar.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərhum prezidentin  ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın  məzarı üzərinə gül dəstələri qoyublar.

Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib.

Heydər Əliyevin anım  mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir