Rusiyada qəza: Mi-28N “Gecə ovçusu” məhv olub

“Mi-28N” döyüş helikopteri çətin hava şəraitində gecə planlaşdırılmış təlim uçuşu zamanı  qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyinin  məlumatında bildirilir ki, hadisə dekabrın 11-də  Krasnodar diyarının Korenovsk hava limanı yaxınlığında Moskva vaxtı ilə saat 23:00-baş verib.

Helikopter tamamilə yararsız hala düşüb. Hər iki ekipaj üzvünün həlak olduğu müəyyənləşib.

Mənbənin sözlərinə görə, helikopterdə sursat olmayıb və ona görə də düşdüyü yerdə dağıntı yoxdur.

Hərbi Hava Qüvvələrinin Ali Komandanlığının komissiyası  qəzanın  səbəblərini və hansı şəraitdə baş verdiyini araşdırmaq üçün hadisə yerinə gedib.

Qeyd edək ki, Mi-28N “Gecə ovçusu” müxtəlif düşmən texnikalarını, tankları, habelə canlı qüvvə və aşağı sürətli hava hədəflərini axtarmaq və məhv etmək üçün hazırlanmış  döyüş helikopteridir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir