ADU-nu "Birgünlük xəlifə"lər idarə edib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU)  “Birgünlük xəlifə” layihəsi çərçivəsində universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib.

“Birgünlük xəlifə”  universitetdə 2017-ci ildən keçirilir. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən “xəlifələr”  bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində  rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar gün ərzində universitetdə tədris prosesi, inzibati  işlərlə bağlı qərarlar qəbul edir,  yeniliklər həyata keçirirlər.

 

Rektor Kamal Abdullanın qərarı ilə “Birgünlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifələrin maaşını da alırlar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir