Britaniyada seçkiləri mühafizəkarlar qazandı

Dünən Böyük Britaniyada keçirilmiş ümumi seçkilərin  ilkin nəticələri bəlli olub. İqtidar  partiyası  368, müxalifət – Leyborist Partiyası 191 mandat qazanıb. Müxalifət lideri seçkidəki məğlubiyyəti  qəbul edərək istefa verdiyini bildirib. Leyborist Partiyası parlamentdə  71 yer itirib.

Mühafizəkarlar   ehtimal edildiyindən də artıq  səs toplayaraq təkbaşına  hökumət qurmaq hüququ qazanıblar.

Bu həm də o deməkdir ki, Britaniya Avropa Birliyindən (AB) ayrılmağa – “Brexit”ə səs verib.  Baris Consonun təkrar qalib  gəlməsi və parlamentdə mövqelərini möhkəmləndirməsi  hökumətin AB-dən ayrılma prosesini dərhal  sürətləndirəcəyinə və bunun dönməz olacağına dəlalət edir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir