Davudoğlunun yeni partiyasının yaradıcılarından biri Ermənistanı Türkiyəyə nümunə göstərən ermənidir

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AKP-dən ayrılmış şəxslərlə birlikdə yeni siyasi partiya qurduğunu elan edib.

Partiya “Gələcək Partiyası” adlandırılıb. Bir müddətdir qurulması gündəmdə olan partiyanın fəaliyyətə başlaması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciəti Ayxan Səfər Üstün, Səlcuq Özdağ, Fəramuz Üstün, İzzəddin Küçük, Nədim Yamalı və Yeşim Qaradağ çatdırıb.

Bu gün Əhməd Davudoğlu  mətbuat konfransı keçirərək  “Gələcək Partiyası”nın proqramını və  yaradıcı heyətini ictimaiyyətə tanıdıb.

40 dəqiqə danışan Davudoğlunun təqdimatından belə anlaşılır ki, yaratdığı partiya ayrıldığı AKP-dən məram və proqramı ilə ciddi fərqə malik deyil.

Mərkəz sağ ideyalardan bəhs edən Davudoğlu prezident üsul-idarəsinə qarşı olduğunu ifadə edib.

Diqqən çəkən məqamlardan biri vaxtı ikən AKP yaradıcılarından biri olmuş Bilkent Otelin də  “Gələcək Partiyası”nın idarə heyətində yer alması  idi. O, 18 il əvvəl eynən bugünkü kimi AKP-nin təqdimatında da ön sırada olmuşdu.

Davudoğlunun yeni partiyasının qurucuları  arasında erməni də var.

Türkiyə tarixində ilk dəfədir ki, bir partiyanın  təsis olunmasında və siyasi şurasında  erməni (Etyen Mahçupyan), yunan (Dimosthenis Rafeletos) və assuriyalı (Nazmi İrak) iştirak edir.

Yeni partiyanın qurucularından olan erməni  Etyen Mahçupyan  Davudoğlunun hökumət başçılığı  dövründə də onun sağ qolu idi – Baş nazirin birinci köməkçisi vəzifəsində çalışırdı.

O, daha  əvvəl bir müddət ermənicə çıxan, redaktoru qətlə yetirilmiş “Aqos” qəzetinə başçılıq edib.

Davudoğlu kimi Etyen Mahçupyan  da prezident üsul-idarəsinə qarşı çıxıb və hətta Ermənistanın inkişafını Türkiyəyə örnək göstərib. O, qondarma “erməni soyqırımı” iddialarını, eləcə də  Qarabağın, Azərbaycan torpaqlarının işğalını dəstəkləyən, hər vəchlə Ermənistana havadarlıq edən şəxsdir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir