“Əmək veteranı” adı kimlərə və necə verilir?!.

“Əmək veteranı”  adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiqlənmiş «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin  müvafiq bölməsinə  uyğun qaydada verilir.

“Veteranlar haqqında” qanunun 5-ci maddəsinə və əsasnaməyə görə,  yalnız orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüş, yaşa görə pensiya hüququ qazanmış, uzun illər ictimai əməklə məşğul olmuş vətəndaşlar  (kişilər 40 ildən artıq, qadınlar isə 30 ildən artıq əmək stajı olduqda)   bu adı almaq hüququna malikdirlər.

Şərtlərə uyğun gəldikləri halda “Əmək veteranı” adını almaq istəyən şəxslər ərizə və adıçəkilən əsasnamə üzrə tələb olunan təsdiqedici sənədlərlə əxsiyyət vəsiqəsinin surəti, yaşa görə pensiyaçı olması barədə arayış, əmək kitabçasının surəti və 3×4 ölçüdə 2 (iki ) ədəd fotoşəkil) aidiyyatı üzrə müraciət edə bilərlər:

  • dövlət orqanlarında işləyənlər hazırkı, işləməyənlər sonuncu iş yerinə ;
  • qeyri-dövlət təşkilatında çalışanlar və  son işlədiyi müəssisə ləğv olunanlar isə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə.

Müraciətlər yerlərdə yaradılan müvafiq komissiyalar tərəfindən araşdırılır və uyğun qərar qəbul edilir.

Qeyd edək ki, vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən yerli icra orqanlarının vəsaiti hesabına ödənilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir