Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yuksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcəklər.

Bir il ərzində  müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsi ilə şəkərli diabet xəstələrinə veriləcək.

Qeyd edək ki, əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir