İnsan bədəni haqqında 23 unikal fakt

 

  1. İnsan ürəyi döş qəfəsindən kəsilib çıxarılsa belə, qısa müddət də olsa, döyünəcək.  Belə ki, ürək ayrıca elektrik sisteminə malikdir və bədəndən ayrıldığında kənar mühitdən, havadan elektrik enerjisi alacaq.
  2. Ürəyin sutka ərzində yaratdığı enerji  bir yük maşınının 32 kilometr hərəkət etməsinə yetəcək qədərdir. Bir  ömür boyu isə toplanan  enerji  yük maşınını Yerdən Aya çatdırar, hətta geri qaytarardı.
  3. Mədə turşusu o dərəcədə güclüdür ki, orqanizm hər 3-4 gündən bir mədənin selikli qişasını tamamilə yeniləyir.
  4. İnsan burnu 50 min unikal qoxunu tanıyıb yadda saxlaya bilir.
  5. İnsan saatda 160 kilometr və daha çox sürətlə asqırır.
  6. İnsanın qan damarlarının uzunluğu təxminən 96 min kilometrdir. Bu, Yer kürəsinin  ekvator uzunluğundan təxminən 2,5 dəfədən artıqdır.
  7. İnsanın həyatı boyu ifraz etdiyi 24 min litr ağız suyu ilə iki üzmə hovuzunu doldurmaq olar.
  8. İnsan 7000000000000000000000000000 oktillion atomdan ibarətdir.
  9. Bu atomların hər birinin yaşı isə bir neçə milyard ildir.
  10. Beyin neyronları siqnalları saatda 240 kilometr sürətlə ötürür.
  11. İnsanın ürək ritmi və mimikası qulaq asdığı musiqidən asılı olaraq dəyişir.
  12. İnsan beyni yatmadığı dövrdə bir lampanı yandıracaq qədər elektrik enerjisi istehsal edir.
  13. Bir kub sümük 10 ton ağırlığa tab gətirəcək qədər möhkəmdir. Nisbi xarakteristika ilə sümük poladdan möhkəm sayılsa  da, 31 faiz sudan ibarətdir.
  14. İnsan gözü həssaslığında  fotoaparatın optikası 576 megapiksel olmalıdır. Hazırda mövcud olan fotoaparatların ən yüksək icazəlisi bunun yarısından çox deyil. İnsan gözü 10 milyondan çox fərqli rəngləri seçmək qabiliyyətinə malikdir.
  15. DNT-ni yumaq kimi açmaq olsaydı, insan bədənindəki bütün hüceyrələrin uzunluğu 16 milyard kilometr olardı.
  16. İnsanın uzunmüddətli yaddaşı ayrı-ayrılıqda 1 kvadrilyon (1 milyon milyard) bit informasiya tutumuna malikdir.
  17. İnsan beyni, xüsusilə alınüstü beyin qabığı 40 yaşa qədər inkişaf edir. Beyinin bu hissəsi insanın sosial vərdişlərini, ünsiyyəti idarə edir.
  18.  Orta statistik ömür müddətində bir insan ürəyi 200 milyon tondan çox qan vurur.
  19. Bir addım atmaq üçün insanın 200 əzələsi hərəkətə gəlməlidir.
  20. Çəkisizlik şəraitində insanın boyu təxminən  5 santimetr uzanır.
  21. İnsan beyni 80 faiz sudan, 60 faiz yağlardan ibarətdir.
  22. Dad reseptorları təkcə dildə deyil. İnsanın mədəsində, bağırsaqlarında, mədəaltı vəzisində və beynində də dad reseptorları var.
  23. Bədənə daxil olan oksigenin 20 faizini insan beyni istifadə edir.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir