Kiyev nümayəndəsi israrla: “heç bir sənədə imza atılmayıb” deyir

Rəsmi Kiyevin təmas qrupunun nümayəndəsi Aleksey Reznikov “Normandiya dördlüyü” formatında  Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin heç bir sənədə imza atmadıqlarını bəyan edib.

Xatırladaq ki, bir qədər əvvəl Parisdə keçirilmiş görüşün sonunda bəyannamə qəbul edildiyi bildirilmişdi. Bu bəyannamənin tələblərinə əsasən, münaqişə tərəfləri  Ukraynanın cənub-şərqində, 3 yeni nöqtədə  güclərini 2020-ci il martın axırınadək geri çəkməli, 30 gün ərzində əlavə keçid məntəqələri açmalıdırlar.

Bundan əlavə, dövlət rəhbərlərinin təmas qruplarını Donbasda saxlanılanların  “hamısını hamısına” prinsipi ilə ilin sonunadək dəyişdirməyə, Qırmızı Xaç əməkdaşlarının  “şərtsiz və bütünlüklə hər bir saxlanılan şəxslə görüşünə” maneəsiz şərait yaratmağa çağırdığı açıqlanmışdı.

Görüşdə tərəflərin Donbasda yerli seçkilərin keçirilməsi haqqında razılığa gəldikləri və bunun da yekun sənədində əks olunduğu deyilirdi…

Mənə bu haqda heç nə məlum deyil. Heç kim əlavə heç bir bəyanat imzalamayıb. Heç kim hər hansı bir sənədə imza atmayıb”

, –  deyən Kiyev nümayəndəsi, bu fikirləri ilə Paris görüşü və nəticələrini şübhə altına almaqla yanaşı, faktiki olaraq Parisdə heç bir razılığa gəlinmədiyi qənaəti yaradır.

Aleksey Reznikovun sözlərinə görə, bəyannamə – “nədənsə danışılıb və sanki razılaşılıb”  deməkdir, “amma heç kim hər hansı sənədə imza atmır”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir