MN “Beynəlxalq ordu oyunları - 2020” planlaşdırmasında iştirak edib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada “Beynəlxalq ordu oyunları – 2020” yarışlarının ilkin planlaşdırma konfransında iştirak edib

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları – 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq ordu oyunları – 2020” yarışlarının gələn ilin avqust ayının 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir