Sərhədçilərin hesabat yığıncağında Məhərrəm Əliyev də iştirak edib

Dünən  Dövlət Sərhəd Xidmətində 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.

Hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin kömək­çisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsə­lələr şöbəsinin müdiri,  general-polkovnik Məhərrəm Əliyev iştirak və çıxış edib.

Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin   hesabat  məruzəsi dinlənilib.

Hesabatda 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin uğurlarından bəhs olunub:

–     Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət­tində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülmüş, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə baş­lamışdır. Hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntə­qələri, 3 yeni hərbi hissə inşa olunmuş, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınmış, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, gene­rator və günəş batareyaları ilə təmin edilmiş, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilmişdir.

–       mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqa­mətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanmış, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntə­qələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunmuşdur.

–       Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilmişdir;

–       xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olun­muş, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxla­nılmış, qanunsuz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilmişdir;

–       dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanıl­mışdır.

–      479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və nəfər giz­li şəkildə dövlət sərhədindən buraxılış mən­təqələrindən keçməyə cəhd edərkən saxlanıl­mışdır.

–       96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­mış­­dır.

–       geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­miş, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilmişdir.

–       sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunmudur.

–       dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 148 binadan ibarət tikinti komplekslərinin əsaslı tə­mir-tikintisi həyata keçirilmişdir.

–       Dövlət Sərhəd Xidməti tərəfindən 2002-ci ildən etiba­rən tətbiq olunan sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdi­rilmiş, hesabat dövründə bu cür 109 görüş keçirilmişdir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir