Azərbaycan Kültür Dərnəyi Ankarada konfrans keçirib

 Azərbaycan Kültür Dərnəyinin Ankaradakı qərargahında  Azərbaycan Milli Hökumətinin quruluşunun 74-cü ildönümü və Güney Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçirilib.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) və Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə çağırılan konfransa çox sayda ziyalı, universitet müəllimi və Güney Azərbaycan Milli Hərəkatı fəalları qatılıb.

Tədbirdə Azərbaycan Milli Hökuməti ilə yanaşı, Güney Azərbaycan Milli Hərəkatı və hərəkatın gələcək fəaliyyəti ilə bağlı çıxışlar olub.

Tədbirdə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal, Ankara Gazi Universitetinin elmi heyətinin üzvü, professor Heydər Çakmak, Ankara Universitetinin elmi heyətinin üzvü, professor Nəsib Nəsibli, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözcüsü Məhsa Mehdili və Beynəlxalq Əlaqələr üzrə mütəxəssis Kərim Əsğəri geniş məruzə ilə çıxış ediblər.

 

 

 

 

 


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir