Belarus nüvə silahından niyə imtina edib?!.

Bu suala cavabı  1991-94-cü illərdə  Belarus Ali Sovetinin sədri olmuş Stanislav Şuşkeviç verib. Onun sözlərinə görə, rəsmi Minskin nüvə silahından imtina etməsini  Belorusun kompleksləri döyüş vəziyyətində saxlamaq üçün zəruri imkan və vasitələrə malik olmaması ilə bağlıdır.

O, Belorusun  bütün Avropa dövlətlərini yox edəcək qədər nüvə silahına sahib olduğunu, buna rəğmən, Belovejsk sazişi imzalananda qeyri-şərtsiz nüvə silahlarının çıxarılmasına razılıq verdiyini  xatırladıb. Şuşkeviç ölkəsinin bunu nüvə silahlarını hazır işlək vəziyyətdə saxlamaq iqtidarında olmaması ilə izah edib və deyib:

…və  dəyişdirilməsi  zəruri detallar Rusiyada istehsal olunurdu. Biz nə etməli idik – Rusiyaya qarşı nüvə silahlarını saxlayıb  komlekslərin komponentlərini də Rusiyadan istəməli idikmi?!.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir