FHN: köməksiz vəziyyətdə qalan vətəndaşa yardım göstərilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına göndərilən  Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşa müvafiq köməklik göstərib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir