Saxarov haqqında 21 il sonra dərc olunmuş müəmmalı məqalədə: “Onu öldürüblər”  

Dünən akademik Andrey Saxarovun ölümünün 30 illiyi münasibətilə “Moskovskiy komsomoles” qəzeti Sankt-Peterburqun keçmiş meri, mərhum A.Sobçakın əvvəllər heç bir yerdə dərc olunmamış məqaləsini çap edib.

Saxarov

Sobçakın həyat yoldaşı Lyudmila Narusova “Saxarov, Staravoytova – növbəti kimdir?!” başlıqlı məqalənin əri tərəfindən 1998-cı ilin dekabrında, Parisdə yazıldığını söyləyib. Onun “Exo Moskvı” radiosuna  söylədiklərinə görə, guya o zaman Moskvanın və Peterburqun bütün  mətbu orqanları bu məqalənin dərcindən  imtina edibmiş və  məqalə ailə arxivində  saxlanılıb.

Məqalədə akademik Saxarovun izi qalmayan xüsusi kimyəvi maddə ilə öldürüldüyü iddia olunur.  Öldürülmə səbəbi kimi də onun siyasi fəaliyyəti göstərilir.

Maraqlıdır ki, Sobçak  bu “dərc olunmayan” məqalədən 2 il sonra ürək tutmasından həyatını itirmişdi. O zaman onun da öldürüldüyü iddiası  ortaya atılmış, istintaq başlanılmışdı. Daha sonra iş bağlanmışdı.

Staravoytova

Xatırladaq ki,  Saxarov və Staravoytova  Qarabağ düyünü vurulanda   –  torpaqlarımızın işğalı başlanılanda, azərbaycanlılar Ermənistandan, Qarabağdan  didərgin salınanda ermənilərə hər vəchlə havadarlıq etmiş, yardım göstərmişdilər.  Təsadüfi deyildi ki, heç bir zaman Ermənistanda yaşamamış Staravoytova Ermənistandan SSRİ deputatı “seçilmişdi”.

1998-ci il  noyabrın  29-da Sankt-Peterburqda mənzilinin qapısı önündə güllələnib.

Akademik Saxarov 1989-cu il dekabrın 14-də, 68 yaşında Moskvada ürək tutmasından ölüb.

Böyük alim, dünyaca məşhur kəşflərin müəllifi  olsa da, o, siyasətə qurşanmış, erməni arvadının təsiri altına düşmüş, haqqı nahaqqa satmışdı.

Qeyd: o zaman da belə bir iddia qaldırılmışdı. Amma Saxarovun ciddi ürək xəstəsi olduğu bəlli idi və bu səbəbdən onun ürək tutmasından öldüyünü erməni arvadı belə qəbul etmişdi…

Dövlət nəzarətinin zəiflədiyi dövrdə Moskva və Peterburq kimi şəhərlərdə  imkanları və əlaqələri kifayət qədər geniş olmuş Sobçakın bu məqaləni dərc etdirə bilməməsi də inandırıcı görünmür.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir