Təbrzili qadın idmançı Almaniyaya mühacirət edib

Təbrizli qadın avarçəkən, İran milli avarçəkmə komandasının üzvü Pərəstu Məhnəmay Əqdəm Almaniyaya köçüb.

İran xəbər saytlarının yaydığı məlumata görə, Cənubi Azərbaycandan olan  idmançı İran Avarçəkmə Federasiyasının onu himayə etməməsi üzündən ölkədən gedib.

Pərəstu Məhnəmay Əqdəm “Nasr News” saytına müsahibəsində deyib:

“Mənim idman fəaliyyətlərimə qadağa qoyulmasından sonra mühacirət etməyə qərar verdim. Mənim mühacirət etmə xəbərim doğrudur, bunu öz İnstagram hesabımda da bildirmişəm.”

Xatırladaq ki, Əqdəm kanoe idman növündə Beynəlxalq Azərbaycan Respublikası kuboku müsabiqələrində iştirak etmiş,  200 metr və 500 metr məsafələrdə  iki qızıl medal qazanmışdı.

O, Çində təşkil edilən Sakit Okean Su Marafonu Dünya Kubokunda  42 idmançı arasında 7-ci olmuşdu.

İranlı idmançıların ölkəni siyasi-iqtisadi səbəblər üzündən tərk etməsi  son zamanlar tez-tez baş verir.

Bu yaxınlarda iranlı cüdoçu Dünya Cüdo Çempionatında İran hakimiyyətinin İsraildən olan rəqibi ilə güləşməsinə  qoyduğu qadağa üzündən qəsdən digər idmançıya məğlub olan Səid Mollai Monqolustan vətəndaşlığı alaraq artıq bu ölkə adından yarışlarda iştirak edəcəyini bildirib.


Mənbə: GünAz TV

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir