Əminə Dilbazi-100:  Görkəmli sənətkarın təntənəli  yubiley gecəsi keçirildi

Dekabrın 16-da  Heydər Əliyev Sarayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bədii geçə keçirilib.

Tədbirin əvvəlində tamaşaçılar görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarxı izlədilər. Azərbaycan rəqs sənəti ənənələrinin qorunub saxlanmasında  Əminə Dilbazinin  xidmətləri danılmazdır. Fitri istedadı və bənzərsiz ifaçılıq qabiliyyətiı sayəsində xalq rəqslərimizə yeni çalarlar qataraq xeyli zənginləşdirıb. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə quruluş verib, professional rəqs qruplarının bədii rəhbəri olub. Gözəl rəqqasənın  xoreoqrafiya sənətinin incəliklərini  gənc nəslə öyrətməsi istiqamətində fəaliyyəti  təqdirəlayiqdir.

Yubiley gecəsində  Dövlət Rəqs Ansamblı, F.Əmirov adına  Dövlət Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya)  və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifaları bir-birini əvəz etdi.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir