Kəmaləddin Heydərov təntənəli iclasda bəzi mətbu orqanlardan narazılığını da dilə gətirib

16 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

İclasdan öncə nazirliyin kollektivi   Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında təntənəli iclas başlayıb.

Nazir Kəmaləddin Heydərov  məruzə ilə çıxış edib,  ötən dövr ərzində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti,  görülmüş işlər haqqında ətraflı məlumat verib.

Nazir vətəndaşlara, xüsusilə sahibkarlara müraciət edərək  əmlaklarını təbii və texnogen xarakterli fövqəladə hallara qarşı sığortalamağı tövsiyə edib.

Bu işdə FHN-in aidiyyəti qurumlarına qanunauyğun zəruri tədbirlər görməyi tapşıran nazir, vətəndaşların  maarifləndirilməsinin və onlara dəstək verilməsinin  əhəmiyyətindən danışıb.

Kamaləddin Heydərov  bəzi kütləvi informasiya vasitələrindən narazılığını da dilə gətirib. O,   jurnalistləri faktları yoxlamağa, obyektivliyə,  “hadisələr zamanı həyatlarını riskə ataraq fədakarlıq nümunəsi göstərən yanğınsöndürən və xilasedicilərin əməyini heçə endirməməyə və fəlakətlər zamanı əhali arasında mümkün təşvişin qarşısını almaqda yardımçı olmağa çağırıb”.

Tədbirdə  dövlət fəxri ad, orden və medalları ilə  mükafatlandırlmış  nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.

 

 

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir