“Sivasspor” liderliyinin təsadüf olmadığını “Fənərbağça”nı əzərək sübut etdi

Türkiyə Superliqasının XV turunda lider “Sivasspor”  öz meydanında  “Fənərbağça”nı qəbul edib və 3:1 hesabı ilə inamlı qələbə ilə yerini möhkəmlədib.

Gərgin keçən oyunda  “Fənərbağça”nın heyətində Qarri Rodrigez və Ozan Tufan qırmızı vərəqə ilə meydandan qovulublar.

Turun dünən keçirilmiş  digər oyununda “Qaziantep” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib.

“Böyük”lərdən “Beşiktaş” da bu turda meydandan boynubükük ayrılıb. Qara qartal azarkeşləri qarşısında “Yeni Malatsporaya” oyunun son 5 dəqiqəsində iki top buraxmaqla 0:2 hesabı ilə uduzub.

XV tura bu gün  keçiriləcək “Başakşəhər” – “Konyaspor”, “Trabzonspor” – “Dənizlispor” matçları ilə yekun vurulacaq.

Qeyd edək ki, “Sivasspor” yaxın rəqibi “Beşiktaş”a qalib gəlməklə, aradakı fərqi 6 xala çıxarıb. Əgər  “Trabzonspor” bu gün  xanasına 3 xal yazdıra bilsə, “Beşiktaş”ı üstələyib 2-ci pilləyə yüksələcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir