Dövlət Turizm Agentliyi PATA üzv qəbul edilib

Asiya-Sakit Okean Turizm Assosiasiyasına (PATA) üzvlük  agentliyə region üzrə qarşılıqlı təcrübə mübadiləsi aparmağa və əməkdaşlıq etməyə imkan verəcək.
Dünya üzrə 95 dövlət təşkilatı, 27 beynəlxalq hava yolu şirkəti, hava limanı və kruiz təşkilatı, 108 qonaqpərvərlik şirkəti, 68 təhsil müəssisəsi və yüzlərlə turizm şirkəti daxil olmaqla, ümumilikdə 800-dən çox üzvə malik olan PATA 1951-ci ildən  fəaliyyət göstərir.
PATA-ya üzvlüyə münasibət bildirən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu barədə deyib:
Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə etdiyimiz Asiya-Sakit okean bölgəsi bizim üçün əsas bazarlardan biridir. Əlbəttə ki, bölgənin turizm sektorundakı dövlət və özəl qurumlarla əməkdaşlıq edərək, eləcə də turizm sənayesi nümayəndələri üçün təlimlər keçməklə və Azərbaycan ilə Asiya-Sakit okean regionu arasında turizm sahəsində əlaqələrin gücləndirilməsinə yönəlmiş digər potensialın yaradılması ilə məşğul olmaqla, bu artıma dəstək və töhfə vermək istəyirik”.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir