ABŞ Dövlət katibi Pompeo Məsud Özilə dəstək verdi: "həqiqət hər şeydən üstündür"

ABŞ Dövlət katibi Mike Pompeo  Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı  repressiya siyasətini qınayan və buna etiraz edən türk futbolçu Məsut Özilə dəstək verib.

Nazir Pompeo “Twitter”  şərhində   Özilin paylaşımına istinad və təkrar etməklə  yazıb:

Çin Kommunist Partiyasının təbliğat orqanları Məsut Özili və “Arsenal”ı bütün mövsüm boyu boykot edə bilər, amma həqiqət hər şeydən üstündür. Bununla Çin dini və etnik azlıqların hüquqlarını ağır şəkildə pozmasını  ört-basdır edə bilməz”.

 

Xatırladaq ki, İngiltərə Premyer Liqasında “Arsenal”ın formasını geyinən müsəlman dünyasını  Çinin Şərqi Türkistanda  insan haqlarının pozulmasına  səssiz qalaqda qınamışdı.  Bunun ardından Çin Mərkəzi Televiziyası (CCTV)   “Arsenal”-“Manchester City”  matçını proqramdan çıxarmışdı.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir