Azərbaycan UNESKO-da komitə vitse-prezidenti seçilib

Kolumbiyanın paytaxtı Boqotada UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyasında Azərbaycan bu komitənin  vitse-prezidenti seçilib.  Ölkəmizlə yanaşı, Çin, Niderland, Qazaxıstan, Küveyt və Cibuti də komitənin vitse-prezidentləri seçiliblər.

Sessiyada 5 qeyri-maddi mədəni irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, 35 qeyri-maddi mədəni irs nümunəsi isə Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. İlk dəfə olaraq bir qeyri-maddi mədəni irs nümunəsi siyahıdan çıxarılıb.


Mənbə: AZƏRTAC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir