Bu gün "Barselona" - "Real" matçı var: Azərbaycan kanalında

 

Dünyada maraqla gözlənilən və izlənilən   “El-Klasiko” oynanılacaq.

İspaniya çempinotanın 10-cu turundan (Kataloniyadakı etiraz nümayişləri ilə əlaqədar) təxirə salınmış “Barselona” – “Real” qarşılaşması bu gün Bakı vaxtı ilə 23:00 başlayacaq  və  “CBC sport”  telekanalından  birbaşa yayımlanacaq.

Əzəli və əbədi rəqiblər “El-Klasiko”ya eyni  –   35 xalla 1-ci,  2-ci yerləri bölüşdürərək çıxırlar. Qalib gələn liderliyi ələ keçirəcək.

Xatırladaq ki, bu mövsüm “Barselona” öz meydanında keçirdiyi bütün  oyunları  udaraq 100 faizilk nəticə göstərib.  Bu baxımdan “Barselona” favorit görünsə də,  “Real”la oyun heç bir statistika və proqnozlara tabe olmur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir