ABŞ Senatının  qondarma “erməni soyqırımı” qanun layihəsini qəbul etməsinə, Vaşinqtonun Türkiyəni  sanksiyalarla hədələməsinə cavab tədbiri olaraq Türkiyə prezidenti Əncirlik və Kürəcik hərbi bazalarının bağlanıla biləcəyini  söyləmişdi.

Bu xəbər ildirım sürəti ilə dünya mətbuatının baş xəbərinə çevrilmişdi və hələ də gündəmdən düşməyib.

Dünən Türkiyə prezidentinin BMT-nin Qlobal Qaçqın Forumunda iştirakından və növbəti dəfə cəsarətli çıxışndan sonra keçirilən mətbuat konfransında jurnalistlər bir daha bununla bağlı sual veriblər.

R.T.Ərdoğan  Əncirlik və Kürəcik bazalarının ayrı-ayrılıqda ikisindən birinin, yaxud ikisinin də eyni anda bağlanıla  bilinəcəyini   qətiyyətlə təkrarlayıb.

ABŞ Türkiyə prezidentinin bəyanatından narahatlığını gizlətməyib, Pentaqonun  rəhbəri  məsələnin ciddiliyini öyrənmək üçün həmkarı Hülusi Akar ilə görüşmək arzusunda olduğunu bildirib.

Rusiyalı hərbi ekspertlər Türkiyənin  Əncirlik və Kürəcik bazalarını bağlayacağı təqdirdə, ABŞ-ın regiondakı gücünün zəifləyəcəyi qənaətindədirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir