Fransada hökumət geri addım atmaq istəmir, tətil və etirazlar aramsız sürür

İki həftədir ki, Fransada ictimai həyat iflic olub – tətil aramsız sürür. Etiraz aksiyaları ölkəni ağuşuna alıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin 80 fərqli yerində keçirilən nümayişlərdə 615 min insan iştirak edib.

Parisdəki aksiyalarda  76 min etirazçı olub.

Ölkə üzrə, 350 mini Parisdə olmaqla, 2 milyona yaxın  nəfər müddətsiz tətil elan edib.

Tətil və etirazlara baxmayaraq, hökumət prezident Makronun pensiya islahatı proqramından imtina etmək niyyətində deyil. Rəsm açıqlamalarda bu islahatların, pensiya yaş həddinin yüksəldilməsinin qaçılmaz və vacib olduğu vurğulanır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir