İçərişəhər və daha iki Azərbaycan məkanı İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaydığı məlumata görə, İçərişəhər İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar Sarayı kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya salınıb.

Sənəd Mərakeş Krallığının paytaxtı ər-Rabatda keçirilən İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında qəbul olunub.

Картинки по запросу "xan sarayı""

Bundan başqa Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır.

Ümumilikdə 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir