El-Klasiko: status-kvo pozulmadı

Gözlənildiyi kimi “Barselona” – “Real” matçı maraqlı və gərgin keçdi.  Bir-birinə yaxşı bələd olan  rəqiblər ilk dəqiqələrdən  təşəbbüsü ələ almağa çalışsalar da, buna nail ola bilmədilər və oyun qarşılıqlı hücum şəraitində keçdi.

Ehtiyatı əldən verməyən komandalar  hər iki hissədə son dərəcə əlverişli qol vəziyyətlərindən yararlana bilməyərək sahədən qolsuz bərabərliklə  ayrıldılar: 0:0

“Real”  “Barselona”nın qapısına yol tapsa da, oyundankənar vəziyyətdən vurulan qol  hesaba alınmadı.

Beləliklə, turnir cədvəlində status-kvo  dəyişmədi –  komandalar eyni xalla ilk iki yeri bölüşdürməklə yollarına davam edəcəklər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir