"Formula-1 Azərbaycan" məqalə müsabiqəsinin müddəti uzadılıb, şərtləri dəyişdirilib

 

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “Formula-1” dünya çempionatının 70 illiyi və “Formula-1 Azərbaycan Qran-Prisi”nin 5 illiyi münasibətilə keçirilən məqalə müsabiqəsinin müddətini yanvarın 31-dək uzadıb.

BŞH  artan marağı nəzərə alaraq müsabiqədə daha çox şəxsin iştirakını təmin etmək məqsədi ilə bu qərara gəldiyini açıqlayıb.

Xatırladırıq ki, müsabiqəyə qatılmaq istəyənlər hazırladıqları  məqalələri elektron formatda media@bakugp.az e-mail ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

 Əməliyyat Şirkəti rəqabət imkanlarını daha da genişləndirmək məqsədi ilə müsabiqənin qaydalarında müəyyən dəyişikliklər edib.

Müsabiqəyə yalnız yerli çap və ya onlayn mediada müsabiqə elanından sonra yayımlanmış məqalələr təqdim oluna bilər. Məqalə “Formula-1” Azərbaycan Qran-Prisi ilə birbaşa əlaqəli olmalıdır.

Məqalənin uzunluğu 500-1000 söz aralığında olmalıdır. Yazıda video, foto və ya infoqrafika kimi müxtəlif vizual elementlərə yer verilməsi üstünlükdür.

Yazı orijinal olmalıdır, faktlara əsaslanmalıdır.  Plagiatlığa qəti şəkildə yol verilməməlidir  və istifadə olunmuş məlumatların ilkin mənbəyi göstərilməlidir.

Yazı Azərbaycan və ya rus dilində ola bilər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir