Narahatlığa əsas yoxdur: dəniz üzərində yaranan buxarlanmanı külək Bakıya gətirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Bakıda və Abşeron yarımadasında müşahidə olunan qatı dumanın yaranma səbəblərini izah edib.

O, bir neçə gündür ölkədə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edildiyini və temperatur rejiminin çoxillik normadan 4-5 dərəcə yüksək olduğunu deyib və  qeyd edib ki, hazırda Abşeron yarımadasında, Bakı şəhərində müşahidə olunan hal  gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır:

Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir.

Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif küləklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir.

Hazırda müşahidə edilən zəif cənub-şərq küləyi sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalacaq”.

Eyni zamanda U.Tağıyeva bunun hava kirliliyinin təzahürü, tüstü olmadığını da vurğulayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir