ÜST: "Azərbaycanda 5 ili əbəs yerə itirmişik"

Sadəcə Avropada deyil, bütün dünyada qeyri-infeksion xəstəliklər ölümlərin əsas səbəbidir. Ölüm hallarının 90 faizi əsasən məhz qeyri-infeksion xəstəliklər üzündən baş verir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib.

Onun sözlərinə görə, Azərbaycanda  kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir:

Siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir. Göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Bu, bizi çox narahat edir”.

İ. Rakovac bildirib ki, son 6 il ərzində Azərbaycanda siqaret çəkmə ilə bağlı böyük dəyişiklik olmayıb:

Bir çox Avropa ölkələrində azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Biz bunu bərpa etməliyik”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir