ABŞ: Etirazçılar haqqında ədalətsiz qərar çıxaran İran hakimləri sanksiya siyahısına salınıb

ABŞ-ın müvafiq orqanlarının  qərarı ilə adları  siyahıya salınmış iranlı hakimlərə viza məhdudiyyəti tətbiq olunacaq.

ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında  Abdülhaşim Sələvati və Məhəmməd Moqisseh adlı iki hakimin sanksiya siyahısına daxil edildiyi bildirilib.

Bu hakimlər İranda baş vermiş son etiraz aksiyaları zamanı saxlanılan etirazçılar haqqında ədalətsiz qərar çıxarmaqda günahlandırılıblar. Sənəddə  ifadə və sərbəst toplaşmaq haqqından istifadə etmiş  İran vətəndaşlarını, eləcə də əcnəbiləri cəzalandırmaları səbəb göstərilib.

ABŞ Dövlət Katibi Mayk Pompeo  açıqlamasında Maliyyə Nazirliyinin qərarını yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir