"İnstagram" bəzi məhsulları təbliğ və reklam edən məzmunları qadağan edəcək

“İnstagram” sosial internet platforması influenserlərə tütün məshulları, elektron siqaretlər və silahları təbliğ etməyə icazə verməyəcək.

Hazırda “İnstagram”da  belə məhsulların reklamı  geniş yayılıb.  Geniş izləyici kütləsinə malik populyar, məşhur şəxslər geyim, qida və digər  məhsul istehsal edən şirkətlərlə əməkdaşlıq edir,  onların məhsullarını izləyicilərinə tövsiyə edirlər. Bunların sırasında elektron siqaretlər, tütün məmulatları, silahlar da  var.

Məsələn, britaniyalı müğənni Lily Allen və “Oskar” laureatı aktyor Rami Malek belə müqavilələr əsasında  səhifələrində elektron siqaretlərin dolayı  reklamını aparırlar.

Amerika Birləşmiş Ştatlarında son vaxtlar yeniyetmələrin kütləvi şəkildə elektron siqaretdən istifadə etməsi, eləcə də elektron siqaretlərdən bir neçə ölüm hadisəsinin qeydə alınamsı bu tip cihazlarla bağlı əlavə araşdırmaların aparılmasına gətirib çıxarıb.


Bu haqda oxu:   Elm təsdiqləyir: elektron siqaret də xərçəng törədə bilər


“Facebook” və “İnstagram”  daha öncə şirkətlərin birbaşa öz səhifələrində tütün reklamları yerləşdirmələrinə qadağa qoysa da, onlar bunu  influnserlər vasitəsi ilə həyata keçiriblər. (red: “influenser” – ictmai rəyə təsir edə bilən şəxs deməkdir)  Beləliklə,  “İnstagram” 

Elektron siqaret, silah və tütün məhsulları təbliğ edən məzmunlara icazə verilməyəcək.”

xəbərdarlığı  ilə yeni qaydaların “İnstagram”da  yaxın həftələrdən  tətbiq olunacağını bildirib.

Xatırladaq ki, “İnstagram”  və “WhatsApp”  platformaları “Facebook” şirkətinə aiddir.


Bunu da oxu: Elektron siqaretlər də sağlamlıq üçün təhlükəlidir və ictimai yerlərdə çəkilməsi yasaqdır


 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir