ABŞ  “Şimal axını-2” və “Türk axını”na qarşı sanksiyaların qüvvəyə mindiyini elan edib

ABŞ Maliyyə Nazirliyi “Şimal axını-2”“Türk axını”  kəmər layihələrinə qarşı sanksiyalar nəzərdə tutan qanunun qüvvəyə mindiyini açıqlayıb. Prezident Donald Tramp bir neçə saat əvvəl müdafiə xərcləri büdcəsini təsdiq edib.

ABŞ bu layihələrin inşaatında iştirak edən bütün şirkətlərdən dərhal işi dayandırmağı tələb edir.

“Şimal axını-2”  layihəsi üzrə boru döşənməsi ilə məşğul olan “Allseas”  şirkəti artıq işləri dayandırıb və amerikalıların sanksiyaları necə tətbiq edəcəkləri haqqında izahını gözləyir.

Məsələ ondadır ki, layihələrdə iştirak edən şirkətlərə, gəmilərə və digər subyektlərə qarşı  sanksiyaların tətbiqini  nəzərdə tutan sənədə əsasən,  bəzi istisnalar da mümkündür: ətraf mühitin, kəmərin, gəmi heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bəzi yarımçıq işləri yekunlaşdırmağa  icazə verilə bilər.

ABŞ-ın  Dövlət katibi və Maliyyə naziri sənəd qüvvəyə mindiyi andan, yəni bu gündən sonrakı  60 gün ərzində sanksiyaların kimlərə tətbiq olunması haqqında Konqresin müvafiq komitələrinə təkliflərini təqdim etməlidirlər.

Respublikaçı senator Red Polun ehtimallarına görə, sanksiyalar əsasən İsveçrənin “Allseas”, İtaliyanın “Saipem” kompaniyalarına daha böyük zərbə olacaq. Eyni zamanda sanksiyaların Avstriya, Almaniya, Niderland, Fransa, Finlandiya və İsveç şirkətlərinə tətbiqi gözlənilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir