Davit Volkov "Qəbələ"ni tərk edib

 Davit Volkov "Qəbələ"ni tərk edib

Davit Volkov “Qəbələ” klubunun yeni müqavilə təklifini qəbul etməyib.

Bu barədə  24 yaşlı hücumçunun özü məlumat verib. Gürcüstanlı forvard hazırda digər variantları gözdən keçirdiyini söyləyib: “Ad çəkməyəcəyəm, Azərbaycanın başqa klublarından dəvət var. Həmçinin Gürcüstan, Belarus, Türkiyə və İsrail təmsilçilərindən də təklif almışam”.

Qeyd edək ki, Volkov bu ilin yanvarından “Qəbələ” ilə 1 illik müqavilə bağlamışdı. O, qış fasiləsində komandanı tərk edən ilk futbolçu olub.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir