“Mercedes” mopedlə toqquşdu - Ölən var

“Mercedes” mopedlə toqquşdu - Ölən var

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 20-də saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini M.Rzayevin idarə etdiyi mopedlə F.Muradovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub və nəticədə M.Rzayev hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir