Azərbaycana qış fəsli daxil olub

Azərbaycana qış fəsli daxil olub.

Astrofiziklərin məlumatına gör, astronomik qış fəsli Azərbaycana dekabrın 22-si,  Bakı vaxtı ilə saat 08:19-da qədəm qoyub.

Bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə əksinə – ən qısa gecə, ən uzun gündür və Cənub yarımkürəsində  yayın ilk günüdür.

Qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimal nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu arasında  böyük bucaq əmələ gəlir. Bu səbəbdən Günəş Şimal yarıkürəsini daha az qızdırır.

Bu gecə həm də mili dillə desək, çillə gecəsidir. Bu gündən etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir