Böyük Britaniyada bıçaqlı hücum nəticəsində iki qadın ölüb

 Böyük Britaniyada bıçaqlı hücum nəticəsində iki qadın ölüb

Böyük Britaniyanın Qərbi Sasskes qraflığının Kroli Daun şəhərciyində bıçaqla edilən hücum zamanı iki qadın ölüb, bir kişi ciddi xəsarət alıb.

Məlumatı “Sky News” yayıb. Belə ki, hadisə yerli vaxtla 10:18 (14:18) də baş verib.

Qeyd olunub ki, qətlləri törədən şəxs saxlanılıb. Hazırda ərazidə kriminalistlər dəlilləri toplayır. Küçə nəqliyyat vasitələri və piyadalar üçün bağlanılıb.

Polisin məlumatına görə, hadisə ictimaiyyət üçün təhlükə yaratmır.

“Daily Mail” qəzetinin yazdığına görə, cinayəti qadınların boğazlarını kəsən “əsəbi” gənc edib. Öz növbəsində “Express” qəzeti, qatilin qurbanlarını tanıdıqlarını bildirib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir