Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ABŞ-ın Mərkəzi Florida Universiteti ilə əməkdaşlıq edəcək

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ABŞ-ın Mərkəzi Florida Universiteti ilə əməkdaşlıq edəcək

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ABŞ-ın Mərkəzi Florida Universiteti ilə əməkdaşlıq edəcək

ABŞ-ın Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzinin professoru Nazim Muradov AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyevlə görüşdə günəş enerjisinin çevrilməsi, hidrogen energetikasının aktual problemləri istiqamətində müzakirələr aparılıb. Müzakirələr nəticəsində hidrogenin alınması istiqamətində birgə elmi layihələrin və tədqiqatların, eləcə də hər iki təşkilat arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, görüşdə, həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Akif Əliyev və Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev də iştirak ediblər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir