“Qalatasaray” yenə uduzdu

Türkiyə Super Liqasında növbəti turun oyunları başlayıb.  “Göztəpə”  “Qalatasaray”-ı qəbul edib və qapılara 3 top vurub: ikisini rəqib, birini öz qapısına.

Oyun qarşılıqlı hücum şəraitində keçib. “Qalatasaray” topa daha çox  nəzarət etsə də, “Göztəpə” qapı istiqamətində, çərçivəni tutan daha çox zərbə vurub.

Birinci hissə 1-1 hesabı ilə sona çatıb. İkinci hissədə “Göztəpə”  61-ci dəqiqədə çox gözəl əks hücum kombinasiyası ilə qələbə topunu vurub. Bundan sonra oyun açıq xarakter alıb. Yenə də “Göztəpə”   daha çox qol şansı yaxalayıb. Amma qapılara başqa qol vurulmayıb: 2:1

Növbəti uğursuz nəticədən sonra  “Qalatasaray”ın texniki direktoru Fatih Terim yenə də “ifritə” ovuna çıxıb və futboldan  və komandanın acınacaqlı halından başqa  hər şeydən danışıb.

16-cı turun digər iki oyununda “Yeni Malatyaspor”  öz meydanında “Rizespor”a 1:2 hesabı ilə uduzub.

“Qaziantep” də azarkeşləri önündə 3:4 hesabı ilə “Kasımpaşa” boyun əyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir