Qasırğa Avropada can alır: Fransada narıncı təhlükə elan olunub

Milad bayramı Avropanın cənub regionları üçün ənənəvi olmayan sərt hava şəraitində keçir.

Hərçənd, bir neçə gün öncə qasırğa şimali və mərkəzi Avropa ölkələrini də “vurub”. “Fabyan” qasırğası İngiltərə, Almaniya və digər ölkələrdə ciddi fəsadlar törədib.  Küləyin sürəti bəzi yerlərdə saatda 170 kilometrə çatıb.

Avropa mətbuatının yazdığına görə, İspaniya, Fransa  və Portuqaliyada güclü yağışlar  və külək ən azı 8 nəfərin ölümünə səbəb olub.

İki nəfər  İspaniyanın Galisiya və Asturiya bölgələrində  yağıntının  yaratdığı sürüşmə, daş uçqunlarında həyatını itirib.

Portuqaliyanın Porto şəhərində də daşqınlar iki nəfərin həyatına son qoyub, bir nəfərin itkin düşdüyü bildirilir.  Ərazidən 70 yerli sakin təxliyə edilib.

Korsika adasında, eləcə də Fransanın 16 əyalətində narıncı səviyyədə (red: bundan yüksəyi qırmızıdır) hava təhlükəsi elan olunub. Sinoptiklərin proqnozuna əsasən, bu gün və sabah ölkənin cənubundan “Fabyan” qasırğası keçəcək və küləyin sürəti saatda 140 kilometrə çatacaq. Qasırğanın bu gecə yarısı pik həddə yüksələcəyi  bildirilib. Sakinlərə evdən çıxmamaq tövsiyə olunub.

İtaliyanın şimal-qərbində, Liqiriya regionunda 70 nəfər  ətraf dünyadan təcrid olunmuş vəziyyətdə köməksiz qalıb. Qasırğa və güclü külək  sürüşmə törədib və bu, yeganə avtomobil  yolunu dağıdıb.

Sinoptiklərin ehtimalına görə, təbiət sabah sakitləşəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir