Krıma dəmir yolu körpüsü açılıb, Putin qatar sürüb

Bu gün Rusiya prezidenti Vladimir Putin  Krım yarımadasına çəkilən böyük dəmir yolu körpüsünün açılışını edib. Yolun müəyyən hissəsində qatarı Putin idarə edib.

Bu, Avropanın ən uzun körpüsüdür,   19 km-lik  konstruksiya 3,6 milyard dollara başa gəlib. Bununla Rusiya zorla işğal  etdiyi Krıma yük daşımalarını artırmaq,  turist axınını təşviq etmək  məqsədi güdür.

Putin inşaat işçilərini körpünün tamamlanması münasibətilə təbrik edərək deyib:

Bu bizim iri miqyaslı infrastruktur layihələrini həyata keçirmək qabiliyyətimizi sübut etdi.”

O bildirib ki,  2020-ci ldə  körpüdən 14 milyon sərnişin və təxminən 13 milyon ton yük daşınması gözlənilir.

Verilən məlumata görə, bu gündən körpüdən sərnişin daşınması başlansa da, yük qatarları gələn ilin yayından etibarən körpüdən keçməyə başlayacaq.

Xatırladaq ki, Rusiya Krımı 2014-cü ilin martında yarımadanın sakinlərinin Rusiya ilə birləşməyə səs verməsini əsas gətirərək ilhaq edib. Moskvanın bu addımı  beynəlxalq etirazlara səbəb və Qərb ölkələri   Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıblar.  İlbəil sanskiyalar sərtləşdirilsə də, Rusiya Krımdan imtina etməyəcəyini bu sayaq layihələri icra etməklə əyani şəkildə göstərir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir