R.T.Ərdoğan: "Başda Yunanıstan olmaqla bütün Avropa hiss edəcək"

 

Türkiyə Prezidenti Dolmabağça Sarayında keçirilən Elm Yayma Mükafatının təqdimetmə mərasimində iştirak və çıxış edib.

Əvvəlcə mövcud vəziyyətdən danışan prezident elm ictimaiyyətindən soruşub:

Necə oldu ki, elmin haradasa bütün sahələrində geridə qaldıq, bizdən ilham alıb yola çıxanlar indi fərsəh-fərsəh önümüzə keçdiyi halda, biz sahib olduğumuz mirasımızın belə fərqinə varmayacaq hala gəldik?

(red: “fərsəh” – qədim ölçü vahididir, 5 km bərabərdir) Və əlavə edib ki:

Bu suallar üzərində cəsarətlə düşünüb, doğru cavablar tapmadan  coğrafiyamızın və qardaşlarımızın  yaşadıqları problemləri həll edə bilmərik”.

Elmin inkişafının zəruriliyindən və  ölkədə akademik araşdırmaların vacibliyindən bəhs edən R.T.Ərdoğan:

Keçmişdə xaricə gedən elm-tədqiqat xadimlərinin köçü artıq  geri dönmüş vəziyyətdədir”.

, – söyləyərək Türkiyənin gələcək  elmi perspektivlərindən danışıb və çıxışında Suriya mövzusuna da toxunub.

Suriyadakı son gərginliyi –  4 milyon əhalisi olan İdlibin bombalanmasını, hərbi eskalasiyanın yüksəlməsini, nəticədə  Türkiyə sərhədlərinə sarı növbəti köç dalğasının başladığını xatırladan prezident:

80 mindən çox idlibli qardaşımız sərhədlərimizə doğru köçə başlayıb.  Belə bir vəziyyətdə Türkiyə bu köç yükünü təkbaşına daşıya bilməz. Bizim məruz qalacağımız təzyiqı başda Yunanıstan olmaqla bütün Avropa hiss edəcək”.

, – söyləyib.

R.T.Ərdoğan  Rusiyanın himayəsində baş verən hücumların dayandırılması üçün Moskvaya bir heyət göndəriləcəyini, bu danışıqların nəticələrinə əsasən atacaqları addımları müəyyənləşdirəcəklərini  qeyd edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir