“Reuters”: İranda 1500 nümayişçi öldürülüb

“Reuters” agentliyi İranda etirazlar zamanı 1500 nəfərin qətlə yetirildiyini  yazıb

Xatırladaq ki, ABŞ xüsusi orqanları İrandakı kütləvi xalq nümayişlərində 1000-dən çox, beynəlxalq hüquq təşkilatı isə 304 nəfərin qətl edildiyini bildirmişdilər.

“Reuters” öldürülən 1500 nəfərdən ən azı 17-nin uşaq və yeniyetmə, 400-nün qadın olduğunu qeyd edib. 1500 nəfərin  arasında hüquq-mühafizə orqanlarının təmsilçiləri də var.

Agentlik bu məlumatı xəstəxanalardan,  morqlardan və təhlükəsizik əməkdaşlarından topladıqları  bilgi əsasında hazırladığını bildirib.

Əldə olunan məlumata görə,  İran prezidenti daxili işlər orqanlarından etirazları təcili və nəyin bahasına olur-olsun yatırtmağı tələb edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir