Türkiyə Maarif Fondu Gürcüstanda yeni məktəb açıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Maarif Fondunun Gürcüstanda yeni məktəblər açacağını söyləyib.

Çavuşoğlu Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin səkkizinci üçtərəfli görüşündə iştirak etmək üçün getdiyi paytaxt Tbilisidə Gürcüstan Beynəlxalq Maarif məktəblərinin yeni binasının açılış mərasimində iştirak edib.

Çavuşoğlu 2017-ci ildə Türkiyə vətəndaşları üçün açılan təhsil müəssisəsinin hazırda gürcü məktəbi olaraq yeni binasında Gürcüstan Beynəlxalq Maarif məktəbləri adı ilə istifadəyə verildiyini bildirərək, “Maarif Fondunun Gürcüstanda sadəcə Tbilisidə  deyil, digər şəhərlərdə də yeni məktəblər açacağını demək istəylirəm. Gürcücə, ingiliscə və rusca təhsil verməsi məktəbimizin tam mənası ilə beynəlxalq məktəb olduğunun göstəricisidir. Maarif Fondunun bütün dünyada 42 ölkədə məktəbi var” deyib.

Çavuşoğlu Gürcüstan Maarif məktəblərinin bakalavr təhsilini Türkiyədə davam etdirəcək tələbələr üçün də bir seçim səbəbi olacağına diqqət çəkib.

Nazir Çavuşoğlu Gürcüstanla əlaqələrə böyük üstünlük verdiklərini və bu ölkənin Türkiyənin strateji tərəfdaşı olduğunu bildirib.

Çavuşoğlu deyib ki, bu ölkələr Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Pekinlə Londonu birləşdirib:

“Gələcəkdə biz bu cür vacib layihələrin icrasını davam etdirəcəyik. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə biz həm ticarət, həm də nəqliyyat sahəsinə töhfə veririk”.


 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir